Pop musiqisinin əfsanəsi Maykl Ceksonun 1997-ci ildə konsertdə geyindiyi ağ atletik corablar Fransada keçirilən hərracda 8000 dollara (təxminən 320 min TL) satılıb.
News24.az xəbər verir ki, corabların Ceksonun HIStory World Tour zamanı səhnədə geyindiyi və üzərində yaşlı sarı daşlarla bəzədilmiş xüsusi dizayna malik olduğu bildirilir. Auksionçuların sözlərinə görə, bu corablar konsertdən sonra sənətçinin paltardəyişmə otağının yaxınlığında texniki heyət üzvü tərəfindən tapılıb.
Auksionu keçirən Aurore İlli bu əşyanı “Maykl Cekson pərəstişkarları üçün dini simvol” adlandıraraq onun unikal dəyərini vurğulayıb. Qeyd edək ki, daha əvvəl Ceksonun məşhur əlcəyi 350 min dollara, papağı isə 80 min dollardan yüksək qiymətə satılmışdı.
"Billie Jean" ifaları zamanı tez-tez istifadə edilən bu corablar, illər ərzində Ceksonun səhnə obrazının ayrılmaz hissəsinə çevrilib.
Xeyrənsə Piriyeva