“Yuventus” PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu Paris klubu ilə müqavilə uzatmayıb. O, karyerasını başqa komandada davam etdirmək istəyir.
“Yuventus” rəhbərliyi Donnarummanın transferini müzakirə edib. Ancaq hələlik konkret təklif və ya razılaşma yoxdur.
Qapıçı əvvəllər “Milan”da çıxış etmiş, 2021-ci ildə isə azad agent kimi PSJ-yə keçmişdi