Mədəniyyət Nazirliyinə Azərbaycan dili ilə bağlı yeni vəzifələr verilib.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək, bundan başqa, dilin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliği işini həyata keçirmək nazirliyə tapşırılıb.
Nazirlər Kabineti Prezidentin 2001-ci il 18 iyun tarixli 506 nömrəli Fərmanı ilə yaradılmış Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.