AZ

Bu qidalar ağciyər xərçəngi riskini artırır - Adlar

ABŞ-də qidaların insan orqanizminə təsirini öyrənmək üçün aparılan genişmiqyaslı bir araşdırmada 100 mindən çox insan təxminən 10 il ərzində

izlənilib.

 Referans xarici mediaya istinadən xəbər verir ki, iştirakçıların orta yaşı 63 olub və bu müddətdə 2 minə yaxın insanda ağciyər xərçəngi aşkarlanıb. 

Nəticələr göstərib ki, ən çox ultra emal olunmuş qidaları qəbul edən insanlarda xəstəliyə tutulma riski, ən az istifadə edənlərlə müqayisədə 41 faiz

yüksəkdir.

 Ultra emal olunmuş qidalar çoxsaylı sənaye proseslərindən keçən, tərkibinə konservantlar, emulqatorlar, süni dadlandırıcılar və rəngləndiricilər

əlavə olunan məhsullardır. Bu məhsullara sosiskalar, hamburgerlər, qazlı içkilər, qablaşdırılmış çörəklər, şirin qəlyanaltılar, hazır əriştələr, çipslər,

səhər yeməyi taxılları və dondurmalar daxildir.( Sfera.az)

Seçilən
35
2
referans.az

3Mənbələr