AZ

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

28, 29, 30 və 31 iyul 2025-ci il tarixlərində 40-cı qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək. 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, apellyasiya komissiyası 1 avqust  2025-ci il tarixində saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb ərizə yazmalıdırlar.

Seçilən
16
3
azedu.az

4Mənbələr