AZ

Hacıyev Ukrayna səfiri ilə görüşdü

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə səfir X-də yazıb.

Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

"Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram",- deyə Y.Qusev vurğulayıb.

 

Seçilən
11
28
sitat.info

10Mənbələr