Rusiya Ermənilər İttifaqının rəhbəri Ermənistanda müxalifət qüvvələrinin birləşməsinə töhfə verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a birliyin prezidenti Abramyan məlumat verib.
Bildirilir ki, Rusiya Federasiyası Ermənilər İttifaqının rəhbəri Ermənistanda müxalifət qüvvələrinin birləşməsinə töhfə verəcək.
O əlavə edib ki, Ermənistanda 2026-cı il parlament seçkilərində hazırkı baş nazir Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək etmək niyyətindədir.
“Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətində olmasam da, Ermənistanı dirçəltmək üçün mövcud iqtisadi və insan potensialından, o cümlədən diasporadan istifadə edərək ardıcıl və Vətən sevgisi ilə çıxış etməyə qadir sağlam qüvvələrin birləşməsinə kömək etmək üçün bütün imkanlarımdan istifadə edəcəyəm”.
Xuraman Etibarlı
İnterpress.az