AZ

Pezeşkian Zəngəzur dəhlizindən danışdı

İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi görüşdə Zəngəzur dəhlizi barədə danışıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prezident bununla bağlı narahatçılığa əsas olmadığını söyləyib:

 

"Qonşularımıza, region ölkələri ilə münasibətlərimizə və əməkdaşlığa geniş perspektivdən yanaşdığımız zaman ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi detallı mövzular barədə narahat olmağa ehtiyac yoxdur. Qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatımızın hərtərəfli şəkildə bir-birinə bağlanması kontekstində dəyərləndirməliyik. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyə çalışmalıyıq”.

 

Seçilən
15
5
sfera.az

6Mənbələr