AZ

"Bu, bir tərəfdən yaxşıdırsa, o biri tərəfdən pisdir" - Azər Bağırov

Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə 3:0 hesabı ilə yendiyi "Şelburn"la ikinci matça çıxdı. Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesablı qələbə qazanan Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinə yüksəldi. Tanınmış məşqçi Azər Bağırovla əlaqə saxlayıb tərəflərin ikinci duelini dəyərləndirməsini xahiş etdik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun "Qarabağ"ın istədiyi ssenari ilə getdi. Rəqib 5-3-2 sxemi ilə mübarizə aparırdı və meydanın mərkəzində təmsilçimizə daha çox boşluq verirdi. Meydanın bizə aid hissəsində heç nə ilə yadda qalmırdılar. Birinci hissədə daha yaxşı oynadıq. "Şelburn" demək olar ki, ilk yarıda təslim olmuşdu. İkinci hissədə isə "Qarabağ" nəticəni təmin etdiyi üçün sığortalı oynadı. Qurban Qurbanovun komandası "Şelburn" səddini asanlıqla keçdi. Bu, bir tərəfdən yaxşıdırsa, o biri tərəfdən pisdir. Çünki komandamızın təzyiq altında, güclü rəqib önündə necə təsir bağışladığını, hansı çatışmazlıqların olduğunu görə bilmədik".

Qeyd edək ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Nihat

 

Seçilən
45
fanat.az

1Mənbələr