Məktəb direktorunun evindən 14 min manatlıq oğurluq edən şəxs həbs edilib. Direktor təqsirləndirilən şəxsin həbs edilməməsini, lakin pulunun qaytarılmasını istəyib.
Yenisabah.az Musavat.com -a istinadən xəbər verir ki, Füzuli rayonu, Arayatılı kənd orta məktəbinin direktoru Ələddin Hüseynovun evindən oğurluq edilib.
Onun evindən 200 manat nağd pul və qızıllar oğurlanıb. Direktora ümumilikdə 14 min manat ziyan dəyib. Dominos pizza
Oğurluq hadisəsini törədən isə rayon sakini 35 yaşlı Kamran Məmmədov olub.
Kamran maddi vəziyyətinin yaxşı olmadığını, uşağının səhhətində problem olduğu üçün faizə pul götürdüyünü, borc yiyələrinin onu sıxdığını deyib. Bildirib ki, buna görə oğurluq etməyə qərar verib. O, direktorun məktəbə getdiyi zamanı gözləyib. Direktorun xanımı da eyni məktəbdə işlədiyindən Kamran evin boş olacağı zamanı gözləyib.
Götürdüyü qızılları Bakıya aparan Kamran sataraq borclarının bir hissəsini qaytarıb. O, əldə etdiyi pulla ailə üzvlərinə geyim, özünə də mobil telefon alıb.
Həbs edilən Kamran əməlindən peşman olduğunu deyib, lakin zərəri ödəmək imkanının olmadığını bildirib.
Direktor Ələddin Həsənov Kamranın həbs edilməsini istəmədiyini deyib. Amma zərərin ödənilməsinin təmin edilməsini istəyib.
Araşdırma zamanı məlum olub ki, Kamranın götürdüyü qızıllardan bir ədə 350 manat dəyəri olan üzük qalıbmış. Həmin üzük zərərçəkmişə təhvil verilib.
Məhkəmənin hökmü ilə Kamran 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Telegram kanalımız