Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Kəlbəcərdə yerləşən "İstisu"mineral su zavodundan 562,4 min ABŞ dolları dəyərində ixrac həyatakeçirilib.
Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilib.
Məlumata əsasən, təkcə cari ilin iyun ayında isə zavod 196,2 minABŞ dolları dəyərində məhsul ixracı aparıb.
Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineralsuyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğaldövründə zavodun fəaliyyəti dayandırılıb.
26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu”mineral su zavodunun təməlini qoyub.
2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalınabaşlanılıb.