AZ

Burak Özçivit Bakıya gəlir

Türkiyəli məşhur aktyor Burak Özçivit Azərbaycana gələcək.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi paytaxtımızda sevənləri ilə görüşəcək.

O, simfonik orkestrla birgə 10 dekabrda Heydər Əliyev Sarayında çıxış edəcək. Konsert saat 20:00-da başlayacaq.

Bilet qiymətləri 69 manatdan 399 manata qədərdir.

Tədbirdə Burak Özçivit rol aldığı “Kara Sevda”, “Muhteşem Yüzyıl”, “Çalıkuşu”, “Kuruluş Osman” və digər seriallarından musiqilər də canlı səslənəcək.

Sənətçi konsert zamanı şəxsi həyatı və karyerası ilə bağlı bilinməyənlərdən bəhs edəcək.

Seçilən
20
cebheinfo.az

1Mənbələr