BAKI, 31 iyul. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp üç addımı atmaqla Rusiya-Ukrayna müharibəsini dayandıra bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.
“Əgər mən Prezident Tramp və ya onun müşaviri olsaydım, ilk işim onun tətbiq etmək istədiyi sanksiyaların təsirli olub-olmadığına əmin olmaq olardı.
İkincisi, Amerika banklarında saxlanılan Rusiyanın 5-10 milyard dollarlıq aktivlərini müsadirə edib Ukraynaya verərdim. Bu addım həm də Avropa İttifaqını dondurulmuş Rusiya aktivləri ilə eyni şeyi etməyə sövq edərdi.
Üçüncüsü,Ukraynaya hərbi yardımı artırmaq lazımdır ki, bu da Rusiyaya Qərbin Ukraynanı tərk etməyəcəyini anlamağa imkan verəcək, həmçinin atəşkəs üçün əlverişli şərait yaradacaq”, - diplomat vurğulayıb.