İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi görüşdə Zəngəzur dəhlizi barədə danışıb.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
“Qonşularımıza, region ölkələri ilə münasibətlərimizə və əməkdaşlığa geniş perspektivdən yanaşdığımız zaman ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi detallı mövzular barədə narahat olmağa ehtiyac yoxdur. Qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatımızın hərtərəfli şəkildə bir-birinə bağlanması kontekstində dəyərləndirməliyik. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyə çalışmalıyıq”, – deyə Pezeşkian bildirib.