Sanksiya paketində 12 fiziki şəxs, 80 qurum və 63 gəmi sanksiya siyahısına salınıb ki, bu da ABŞ-nin 2018-ci ildən bəri İslam Respublikasına qarşı tətbiq etdiyi ən böyük sanksiya tədbiridir.
ABŞ hökumətinin məlumatına görə, bu şəxslər, şirkətlər və gəmilər İslam Respublikası rəhbəri Xameneyinin siyasi müşavirinin oğlu Hüseyn Şəmxaninin rəhbərliyi altında fəaliyyət göstərən strukturun bir hissəsidir.
Xəzinədarlıq Departamentinin bəyanatında deyilir ki, Hüseyn Şəmxani İran hökumətinin ən yüksək dairələrində atasının nüfuzuna arxalanaraq və geniş yayılmış korrupsiya sxemi ilə neft tankerləri və yük gəmilərindən ibarət böyük bir donanma yaradıb və onu idarə edir.
Bu şəbəkə İran və Rusiyadan neft, neft məhsulları və digər yükləri dünya üzrə müştərilərə çatdırıb, İslam Respublikası və Şamxani ailəsi üçün on milyardlarla dollar pul qazandırıb.