AZ

 Məşhur iş adamının bütün mal varlıqları MÜSADİRƏ EDİLDİ

Çirkli pulların yuyulması və qanunsuz maliyyə fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində məşhur kriptovalyuta platforması ICRYPEX-in

sahibi Gökalp İçerin bütün mal varlıqlarına həbs qoyulub.

Referans xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, müxtəlif cinayət təşkilatları

tərəfindən əldə edilən gəlirlər xarici valyutaya və ya kripto aktivlərə çevrilərək rəsmi maliyyə sisteminə daxil edilib.

Bu əməliyyatlarda ICRYPEX Kripto Aktiv Ticarət Platformasının adı hallanır.

İstintaq Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) tərəfindən hazırlanan hesabat əsasında aparılıb. Hesabatdan sonra Gökalp İçer və ona

məxsus olan şirkətlərin bank hesablarına, nəqliyyat vasitələrinə, daşınmaz əmlaklarına və digər aktivlərinə məhkəmə qərarı ilə həbs qoyulub.Qeyd

edək ki, Gökalp İçer daha əvvəl də başqa bir istintaq çərçivəsində “narkotik maddələrin qanunsuz dövriyyəsi” və “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə həbs edilmişdi. Hazırda isə onun adı maliyyə cinayətləri üzrə aparılan yeni istintaqda keçir.

İstintaq çərçivəsində Gökalp İçerin maliyyə sistemində çirkli pulların yuyulmasında iştirakı və cinayət gəlirlərinin leqallaşdırılması istiqamətində

fəaliyyətləri araşdırılır.

Hazırda hüquq-mühafizə orqanlarının işi davam edir və məsələ ilə bağlı əlavə rəsmi açıqlamaların verilməsi gözlənilir.(Musavat.com)

Seçilən
11
referans.az

1Mənbələr