Rusiya qəddar zorakılıq və insan hüquqlarına, bərabərliyinə tam etinasızlıq dövründə ilişib qalıb.
"Unikal" xəbər verir ki, bunu Finlandiyada Helsinki+50 konfransında çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Bütün dünya onu müharibəni dayandırmağa çağırsa da, Rusiya zərbə vurmağa davam edir. Bu, Rusiyanın başladığı, Rusiyanın qəsdən sürüklədiyi, yalnız Rusiya rəhbərliyinin istədiyi müharibədir", - deyə o qeyd edib.
Zelenski həmçinin qeyd edib ki, müharibədən sonrakı dünya nizamının tamamilə inkarı Rusiyadakı mövcud rejimin əsasını təşkil edir: "Lakin Moskva bu müharibəni dayandırmağa məcbur edilə bilər.
Biz Rusiyanın hərbi maşınının qarşısını tamamilə almalıyıq, onun müdafiə sənayesini məhv etməli, enerji gəlirlərini məhdudlaşdırmalı və nəhayət, özümüzü təcavüzdən müdafiə etmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən, o cümlədən sərvətlərdən istifadə etməliyik".
Ağarza Elçinoğlu