AZ

Naxçıvanda "Araz-1" və "Araz-2" ikipilləli nasos stansiyaları yenidən qurulur

Naxçıvanda "Araz-1" və "Araz-2" ikipilləli nasos stansiyaları ilə təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

O, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bütün sahələrin inkişafı ilə bağlı görüləcək işlər müəyyənləşdirilərək icrasına başlanıldığını bildirib.

F.Nəcəfli qeyd edib ki, Babək rayonunda torpaqların su təminatının yaxşılaşdırılması əsas prioritet hədəflərdəndir:

“Dövlət Proqramı çərçivəsində "Araz-1" və "Araz-2" ikipilləli nasos stansiyaları ilə təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb. Həmçinin Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal da yenidən qurulacaq”.

Seçilən
11
1
report.az

2Mənbələr