Litvanın Baş naziri Gintautas Palukas istefaya göndərilib.
APA-nın “The Washington Post” nəşrinə istinadən məlumatına görə, bu qərarı ölkə Prezidenti Gitanas Nauseda elan edib.
Qeyd edək ki, o, bir qədər əvvəl şübhəli maliyyə əməliyyatları ilə gündəmə gəlib. Bundan sonra müxalifət hökumət rəhbərinin impiçmenti ilə bağlı kampaniyaya başlayacağını elan edib.
Yaxın vaxtlarda yeni hökumətin formalaşdırılması üzrə danışıqlara başlanılacağı gözlənilir.