AZ

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb 

Ötən il yenilənən məktəblərdən biri də Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdir.

AzEdu.az "Yenilənən məktəblər" rubrikası çərçivəsində bu dəfə həmin məktəb haqqında məlumatları təqdim edir.

Təhsil ocağı 1176 şagird yerlikdir. Tikinti işlərinə 2023-cü ilin noyabr ayında başlanılıb, 2024-cü ilin oktyabr ayında isə işlər başa çatdırılıb.

Məktəb 25 483 kv. metr ərazidə yerləşir. Ümumi tikinti sahəsi 3131, binanın ümumi sahəsi isə 8027.04 kv. metrdir.

Təhsil müəssisəsində 38 sinif otağı, 1 məktəbəqədər hazırlıq sinfi, 3 laboratoriya, 2 əmək otağı, 2 informatika kabineti, 1 hərbi hazırlıq kabineti və 1 oxu zalı mövcuddur. Məktəbdə həmçinin 318 yerlik akt zalı, 390 yerlik yeməkxana və ümumi sahəsi 542.8 kv. metr olan 2 idman zalı fəaliyyət mövcuddur.

Seçilən
7
azedu.az

1Mənbələr