Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşündə (1:0) iştirak edən "Qarabağ"ın futbolçusu Abdullah Zubir 100-cü oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçi klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legioner olub. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoymuş: Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqov.

Qeyd edək ki, Zubir qitə kuboklarında 2018-ci ildə debüt edib və avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib.

Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.