AZ

İran XİN ABŞ-ın sanksiyalarına münasibət bildirib

İran ABŞ-İranın a qarşı son yeddi ildə tətbiq etdiyi ən böyük sanksiya paketini pisləyir.

Vətəninfo.az İran mediasına istinadən  xəbər verir ki, bu açıqlamanı İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai verib.

“ABŞ sanksiyalarının əsl məqsədi İranın inkişafını pozmaq, daxili nifaq yaratmaq və sadə vətəndaşların hüquqlarını və yaşam vasitələrini zəiflətməkdir”, – rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, bu cür addımlar artıq onilliklər boyunca təkrarlanır və beynəlxalq hüququn, o cümlədən insan hüquqlarının pozulması ilə müşayiət olunur. İ.Bəqai Vaşinqtonu İranla mübarizədə İsraili dəstəkləməkdə ittiham edib və vurğulayıb ki, İran xalqı öz hüquq və maraqlarını qətiyyətlə müdafiə etmək əzmindədir.

Xatırladaq ki, ABŞ hökuməti ötən gün İrandan olan 50 fiziki və hüquqi şəxsə, o cümlədən bu ölkənin nəzarətində olan və Vaşinqtonun fikrincə, neft ticarətində iştirak edən 50-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq edib.

Seçilən
21
1
veteninfo.az

2Mənbələr