“Zenit”in yarımmüdafiəçisi Luis Enrike karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Xorxe Nikola məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Səudiyyə təmsilçisi 24 yaşlı braziliyalı futbolçu üçün 70 milyon avro təklif etməyə hazırdır.
Luis Enrike “Zenit”ə 2025-ci ilin qışında Braziliyanın “Botafogo” klubundan transfer olunub. O vaxtdan bəri Sankt-Peterburq klubunun heyətində 15 oyuna çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.