AZ

Kyeza "Yuventus"a qayıtmayacaq

"Liverpul"un cinah oyunçusu Federiko  Kyeza bu transfer pəncərəsində "Yuventus"a geri dönməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, italyan futbolçusu İngiltərədəki bir illik macərasından sonra, mövsümün bitməsindən əvvəl İtaliyaya qayıtmaq istəyir. Lakin Serie A klubları 27 yaşlı oyunçunu almağa tələsmir, çünki futbolçu tez-tez zədə problemləri yaşayır.

 "Yuventus" Kiezanın transferini nəzərdən keçirmir. Turin klubu hücum xəttini gücləndirməyi planlaşdırsa da, hədəfləri fərqli olub. "Yuventus" daha çox "Mançester Yunayted"in futbolçusu Jadon Sançoya maraq göstərir.

Federiko  Kyeza"Yuventus"u 2024-cü ilin avqustunda tərk edib və Avropa çempionu olan futbolçunun transferi "Liverpul"a 12 milyon avroya başa gəlib.

Seçilən
15
90deqiqe.az

1Mənbələr