AZ

Azərbaycan ən etibarlı, ən sabit, problemsiz yeganə qonşudur

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün APA-ya müsahibəsində bunları deyib:

– Azərbaycan bizim ən etibarlı, ən sabit, heç bir problemimiz olmayan yeganə qonşumuzdur;

– Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ən strateji qazancımızdır;

– Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq;

– “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması tarixi hadisədir. Xüsusilə hər iki ölkənin müstəqilliyini, təhlükəsizliyini üçüncü tərəflərə münasibətdə qoruyan çox strateji bir sənəddir;

– Azərbaycanla Ermənistan arasında mümkün daimi sülh sazişinin imzalanmasının reallaşması ilə Zəngəzur Dəhlizi qarşıdakı 1-2 il ərzində açılacaq;

– Davamlı sülh anlaşması imzalanarsa və yaxud paraflanarsa, Zəngəzur Dəhlizi ilə bağlı şərtlər təmin olunarsa, uyğun vaxtda Ankara və Bakının məsləhətləşmələri nəticəsində Türkiyə-Ermənistan sərhədi də açıla bilər;

Seçilən
16
moderator.az

1Mənbələr