AZ

Millimizin üzvü Ukrayna klubunu TƏRK EDİR

Futbol üzrə milli komandamızın üzvü Emil Mustafayev Ukraynanın “Polisye” klubunu tərk edəcək.

Bizim.Media xəbər verir ki, bunun əsas səbəbi futbolçunun əsas heyətdə oynamamasıdır.

Artıq Mustafayev bu barədə rəhbərliyə məlumat verib. Hələlik onun karyerasını harada davam etdirəcəyi bəlli deyil. Millimizin üzvü ilə xarici klublarla yanaşı Azərbaycan klubları da maraqlanır.
Qeyd edək ki, Emil Mustafayevin ”Polisye” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr