
Litvanın baş naziri Qintautas Palutskas Litva Prezidenti Qitanas Nausedaya istefa verdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Litva lideri jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin jurnalistlərə bildirib ki, hökumət başçısı qərarını telefonla çatdırıb.
Prezidentin sözlərinə görə, o, öz növbəsində baş nazirin qərarını alqışladığnı qeyd edib.
Digər tərəfdən, Palutskasın həm baş nazir vəzifəsindən, həm də Litva Sosial Demokrat Partiyasının sədri postundan getmək qərarına gəldiyi bildirilir.