AZ

Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

"Azərbaycanın Ukrayna ilə davamlı dəstəyinə və həmrəyliyinə görə minnətdaram",- deyə Y.Qusev vurğulayıb.

Seçilən
25
28
report.az

10Mənbələr