AZ

"Fənərbaxça" Semedo ilə danışıqlara başladı

"Fənərbağça" klubu müdafiəçi Nelson Semedoya ilə danışıqlara başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

31 yaşlı oyunçu müqavilə şərtlərini müzakirə etmək və tibbi müayinədən keçmək üçün İstanbulə gələcək.

Daha əvvəl portuqaliyalı futbolçuya maraq göstərən "Marsel" klubu ilə tərəflər arasında razılaşma əldə olunmayıb.

1 iyul tarixindən etibarən Semedo "Vulverhempton"la olan müqaviləsinin başa çatması səbəbindən azad agent statusunu qazanıb. 2024/25 mövsümündə müdafiəçi İngiltərə klubunda 37 oyun keçirib və 5 asist edib. O, həmçinin "Barselona" və "Benfika" kimi nüfuzlu klublarda da çıxış edib.

Seçilən
28
90deqiqe.az

1Mənbələr