“Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyəm”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan TASS-a bildirib.
“Qarşıdan gələn seçkilərdə iştirak etmək fikrində olmasam da, Ermənistanı dirçəltmək üçün mövcud iqtisadi və insan potensialından, o cümlədən diasporadan istifadə edərək ardıcıl və Vətən sevgisi ilə çıxış etməyə qadir olan sağlam qüvvələrin birləşməsinə kömək etmək üçün bütün imkanlarımdan istifadə edəcəyəm”,-deyə o bildirib.
Abramyan qeyd edib ki, Paşinyan hakimiyyəti Dağlıq Qarabağı itirib:
“Bu hakimiyyət ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir,Ermənistanın borcunu və qiymətləri artırır”.
Son 7 ilin tarixi Paşinyanın hissləri manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz aldatma və milli faciəyə bilmədən ortaq etdiyinin acı şahididir”, - o əlavə edib.Abramyan qeyd edib ki, ermənilərin əksəriyyəti öz vətənlərini sevir və onun qorunub saxlanılması və çiçəklənməsi naminə birləşməyə hazırdırlar.
"Biz səhv edənlərlə ünsiyyət qurmaq və onlara sadə bir şeyi başa salmaq lazımdır: sən öz biznesini itirə bilərsən, amma sıfırdan başla və varlana bilərsən, itirib yenidən dostlar tapa bilərsən, amma vətənini itirən hər şeyi itirir", - Rusiya Erməniləri İttifaqının prezidenti əlavə edib.
Beləliklə, Rusiya 2026-cı ildə Ermənistanla bağlı planının bir hissəsini Ara Abramyan vasiəsilə açıqlamış olub. Moskvanın seçkiyə birbaşa müaxiləsi olmasa da, Rusiya Erməniləri İttifaqının əli ilə prosesə müdaxiləsi gözləniləndir.