Almaniyada muzeydən Kelt mədəniyyətinə məxsus, 2000 illik tarixi olan qızılları oğurlayan şəxslər həbs edilib.
Kulis.az xəbər verir ki, Almaniyanın Mançinq şəhərindəki üç nəfərKelten Römer Muzeyindən 483 qədim Kelt qızıl sikkəsini qanunsuz ələ keçirməkdə günahlandırılıb.
Antik pullar 1999-cu ildə Mançinq yaxınlığındakı arxeoloji qazıntı zamanı aşkar edilmişdi.
Qeyd edək ki, onların eramızdan əvvəl III əsrə aid olduğu güman edilir və təqribən bir neçə milyon avro dəyərində qiymətləndirilir.