AZ

Osimhen "Qalatasaray"a transferi tamamlamaq üçün İstanbula gəlib

Nigeriyalı hücumçu Viktor Osimhen "Qalatasaray"a transferini tamamlamaq üçün Türkiyəyə gəlib.

İstanbul hava limanında forvardı yüzlərlə azarkeş qarşılayıb və ona isti münasibət göstəriblər. Oxumani.az “Euro-football.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Qalatasaray”ın sosial şəbəkələrində məlumat yayılıb.

Mətbuatın məlumatına görə, sövdələşmə 75 milyon avro təşkil edəcək. Ödəniş iki mərhələyə bölünəcək - müvafiq olaraq 40 və 35 milyon. Bundan əlavə, "Napoli" oyunçunun gələcək satışlarının 10%-ni özündə saxlayacaq.

Ötən mövsüm 26 yaşlı Osimhen artıq icarə əsasında "Qalatasaray"da çıxış edib, 41 oyun keçirib və bütün turnirlərdə 37 qol vurub.

Almaz Həsənli

Seçilən
10
oxumeni.az

1Mənbələr