Pekinin bir neçə bölgəsində daşqınlar nəticəsində ölənlərin ümumi sayı 44-ə çatıb, daha 9 nəfər hələ də itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə fövqəladə xidmətlərə istinadən Sinxua agentliyi məlumat yayıb.
Bundan əvvəl leysanlardan zərər çəkmiş ərazilərdə 30 nəfərin öldüyü, 80 mindən çox sakinin təhlükəsiz yerlərə təxliyə edildiyi barədə rəsmi məlumat dərc edilmişdi.
İyulun 23-dən 29-a kimi Pekində leysan yağışları yağıb. Ən çox zərər çəkən ərazilər Miyun, Huairou, Yanqing və Pinggu rayonlarında olub.