AZ

Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun inşası müzakirə olunub

Qırğızıstan Prezidenti Sadır Japarov Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşündə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə edib.

“Report”un Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər həmçinin iqtisadi, investisiya və mədəniyyət sahəsində əməkdaşlığı nəzərdən keçiriblər.

Bundan əlavə, Kambarata SES-1-in birgə tikintisinə xüsusi diqqət yetirilib.

S.Japarov iki ölkənin xalqlarının mədəni və tarixi yaxınlığını vurğulayıb və Özbəkistan XİN başçısının səfərini strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqi adlandırıb.

Seçilən
19
1
report.az

2Mənbələr