Solt-Leyk-Sitidən Amsterdama uçan ABŞ-nin "Delta Air Lines" şirkətinə məxsus təyyarə turbulentliyə düşüb və nəticədə 25 nəfər xəstəxanaya aparılıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə aviaşirkətin saytında yerləşdirilən məlumatda bildirilib.
Qeyd olunur ki, "Delta Air Lines"in "DL56" reysi ilə uçan təyyarə turbulentliklə üzləşib və təcili eniş edib:
"Airbus A330-900" təyyarəsi Minneapolis hava limanına uğurlu şəkildə eniş edib. Tibb işçiləri sərnişinlərin və ekipaj üzvlərinin vəziyyətini qiymətləndiriblər. Təyyarədə olan 25 nəfər əlavə müayinə və müalicə üçün yerli xəstəxanalara çatdırılıb".