AZ

Tehran Nüvə Danışıqları Üçün Yeni Şərtlər İrəli Sürür

BAKI, TurkicWorld

İranın xarici işlər naziri Abbas Ərakçi deyib ki, ABŞ danışıqlardan əvvəl 12 günlük müharibədə İrana verdiyi itkiləri kompensasiya etməlidir.

TurkicWorld xəbər verir ki, Ərakçi qərb mətbuatına verdiyi açıqlamada nüvə müzakirələrindən danışıb.

Ərakçi Tehran rəhbərliyinin mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların bərpası üçün yeni şərtlər irəli sürdüyünü qeyd edib.

Danışıqların ortasında İrana hücum etdiklərinə diqqət çəkən Ərakçi, "Bu hücumun gələcəkdə təkrar olunmayacağına zəmanət verməlidirlər. Onlardan real etimad yaradan addımlar gözləyirik", - deyə qeyd edib.

Ərakçi, Trampın İrandan sıfır zənginləşdirmə tələb etdiyi müddətcə heç bir razılaşmanın olmayacağını vurğulayaraq, "Hal-hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəb yoxdur. Çünki onlar nə sanksiyaları qaldıra, nə də başqa bir şey edə bilərlər. Əgər sanksiyaları bərpa etmək mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu deməkdir" - deyə vurğulayıb.

Seçilən
40
turkic.world

1Mənbələr