Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,8 dəfəyədək artaraq 22,2 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Estoniyaya ixrac: 16,3 milyon dollar (+3,1 dəfə)
Estoniyadan Azərbaycana idxal: 5,9 milyon dollar (+2,1 dəfə)
Cari ilin ilk 6 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Estoniya ilə ticarətin payı 0,09 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi