AZ

"Kanadanın Fələstin dövlətini tanımaq qərarı ticarət razılaşmasını çətinləşdirir" - Tramp

"Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını elan etməsi bu ölkə ilə ticarət razılaşmasının əldə olunmasını çətinləşdirəcək". 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Sosial" şəbəkəsindəki hesabında bildirib. 

“Bu, bizim razılığa gəlməyimizi çox çətinləşdirəcək",- deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni Fələstini dövlət kimi tanıyacaqlarını elan edib.

Tramp isə avqustun 1-dən Kanada məhsullarına sektor tariflərindən ayrı olaraq 35% rüsum tətbiq ediləcəyini açıqlayıb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr