AZ

Azərbaycan və Türkiyənin qarşılıqlı hərbi təhlükəsizliyə dair Memorandum imzalamasının səbəbi məlum olub

Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyə dair Memorandumun imzalanmasının səbəbi açıqlanıb.

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA-ya müsahibəsində bildirib ki, İkinci Qarabağ savaşından dərhal sonra - 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanıb.

“Mən də səfərdə iştirak edirdim və Şuşa Bəyannaməsinin hansı siyasi atmosferdə, necə imzalanmasının şahidlərindən biriyəm. Azərbaycan və Türkiyə ilk dəfə olaraq bir-birinin təhlükəsizliyini qarşılıqlı təmin edəcək bir sənədə imza atıb, bununla bağlı qarşılıqlı öhdəlik götürülüb. Hər iki ölkənin parlamentləri Bəyannaməni ratifikasiya edib. Ötən həftə də Şuşa Bəyannaməsinin davamı olaraq İstanbuldakı İDEF-2025 sərgisi çərçivəsində Türkiyə və Azərbaycan müdafiə nazirləri bu sahədə əməkdaşlığı daha da konkretləşdirən "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalayıb. "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun imzalanması tarixi hadisədir. Xüsusilə hər iki ölkənin müstəqilliyini, təhlükəsizliyini üçüncü tərəflərə münasibətdə qoruyan çox strateji bir sənəddir”, - deyə səfir qeyd edib.

Seçilən
15
apa.az

1Mənbələr