“Qarabağ”ın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib.
O, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib.
Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.
Zubir klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.
“Sabah” “Petrokub”u qəbul edir - YENİLƏNİR
ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib
“Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
ÇL: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB
ÇL: "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - YENİLƏNİR