AZ

Rusiya Kiyevdə məscidi bombaladı

Bu gecə Rusiyanın Kiyevə etdiyi hücum zamanı şəhərin mərkəzindəki məscidlərin birində yerləşən İslam Mədəniyyət Mərkəzi zədələnib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, bu hadisə Rusiyanın yalnız Ukraynaya qarşı deyil, insanlığın özünə qarşı müharibə apardığını bir daha göstərir.

"Rusiya terroru heç kəsi ayırd etmir. Ukrayna bütün müsəlman ölkələrini və icmalarını bu hücumu qınamağa çağırır. Dünya birləşib Rusiyanın müharibə və zorakılığına son qoymalıdır",- nazir vurğulayıb. (Teleqraf )

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
1
olaylar.az

2Mənbələr