AZ

Ermənistan Zəngəzur dəhlizinin özəl sektora verilməsini yenidən GÜNDƏMƏ GƏTİRDİ – NƏ BAŞ VERİR?

“Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç bir halda əldən verilə bilməz”.

Bizim.Media xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Zəngəzurun Qərb hissəsində (Sünik vilayətində) kommunikasiya xətlərinin idarəsinin üçüncü tərəfə verilməsi ilə bağlı mediada yayılan məlumatlara cavab olaraq bildirib.

Bağdasaryan qeyd edib ki, dəmir yolu, boru kəməri və elektrik xətləri kommersiya (biznes) idarəçiliyinə verilə bilər:

“Məsələn, Ermənistanda avtomobil yollarının idarə olunması və servisi hazırda da, keçmişdə də özəl şirkətlərə həvalə olunub”.

Qeyd edək ki, bu mövzu bir neçə həftədir ki, gündəmdədir. Əvvəlcə Ermənistan mətbuatında və bəzi xarici mənbələrdə iddia olunurdu ki, Zəngəzur dəhlizi üzərindəki nəqliyyat və enerji infrastrukturlarının idarəsi ABŞ-ın bir şirkətinə veriləcək. Bu iddialar ciddi müzakirələrə səbəb oldu, lakin rəsmi İrəvan Paşinyanın Rusiyaya səfəri ərəfəsində bu məlumatı qəti şəkildə təkzib etdi.

Deyildi ki, heç bir beynəlxalq şirkətə ərazilərin idarəşiliyi verilmir.

İndi verilən bu yeni açıqlamada, rəsmi şəxs idarəetmənin kommersiya (biznes) səviyyəsində özəl sektora həvalə oluna biləcəyini təsdiqləyir.

Yəni belə çıxır ki, Ermənistan dövləti bu kommunikasiya xətlərinin sahibi və hüquqi nəzarətçisi olaraq qalır, ancaq əməli idarəetmə – yəni texniki xidmət, istifadə haqlarının toplanması və s. – özəl şirkətə (yerli və ya xarici) verilə bilər.

Çünki bu praktika dünyada geniş yayılıb.

Yeri gəlmişkən, bu məsələ Ermənistan üçün xüsusilə həssasdır, çünki söhbət Zəngəzurdan – Azərbaycanla əlaqəli, geopolitik cəhətdən kritik bir bölgədən gedir.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr