AZ

Peşə təhsilində yenilik: İlk dəfə beynəlxalq ikili diplom veriləcək

Bu il peşə təhsil müəssələrində 31 mindən çox plan yeri müəyyənləşib. İyulun 22-sindən başlayan ixtisas seçiminə artıq 19 min vətəndaş qeydə alınıb. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri bildirib ki, ötən il peşə təhsil müəssələrinə qəbul 1 yox, 3 mərhələli şəkildə keçirilib:

"Əvvəlki illərdə isə ildə 1 dəfə olurdu, onda da boş yerlər qalırdı. Deməli peşə təhsili özünü cəmiyyət üçün doğrultmuş oldu. Bu il peşə təhsili ilə bağlı yeniliklər tətbiq olunub. İlk dəfə olaraq ikili diplom verən ixtisaslar yaradılıb ki, həmin diplomlardan biri də beynəlxalq dərəcəlidir". 

Bəs bunlar hansı peşələrdir? 

Mövu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Kənan Həsənli bildirib ki, ixtisaslar qrafik və veb-dizayner, İT ilə bağlı ixtisaslardır:

"Ümumilikdə bu ixtisaslara 100 plan yeri ayrılıb. Yalnız ödənişli əsaslarla nəzərdə tutulub". 

Qeyd edək ki, ixtisas seçimi avqustun 11-nə kimi nəzərdə tutulub. 

Asya
Milli.Az

Seçilən
21
2
milli.az

3Mənbələr