AZ

Ər-arvad dövlətə xəyanətə görə 32 il müddətinə həbs edildilər

Moskva Şəhər Məhkəməsi ər-arvadı dövlətə xəyanət (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) ittihamı ilə 15 və 17 il müddətinə həbs edib. 

Bakues.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, ər və arvad 2024-cü ilin yazında FTX tərəfindən saxlanılıb.

Məlumata görə, onlar 2024-cü ilin mayında Qələbə günü ərəfəsində Moskvada potensial təhlükəli obyektləri yandıraraq təxribat törətməyi planlaşdırıblar.Bundan sonra cinayəti törədənlər Ukraynada gizlənmək istəyiblər.

Bundan əlavə, Ukrayna hərbi kəşfiyyatının tapşırığı ilə cütlük Rusiya hərbçiləri, hüquq-mühafizə orqanları əməkdaşlarının və hakimlərin şəxsi məlumatları haqqında məlumatları toplayıb xüsusi xidmət orqanlarına ötürüb.

Seçilən
14
icma.az

1Mənbələr