AZ

Tramp Kanadanı təhdid etdi: Əgər bu baş versə...

ABŞ prezidenti Donald Tramp Kanadanın Fələstin dövlətini tanımaq qərarından narazıdır. O, bunun iki ölkə arasında ticarət danışıqlarını çətinləşdirəcəyini bildirib.

Publika.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yayıb.

"Kanada indicə Fələstin dövlətinə dəstəyini açıqladı. Bu, ticarət sazişi bağlamağımızı çox çətinləşdirəcək. Oh, Kanada!", - deyə Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl Kanadanın baş naziri Mark Karni bildirib ki, ölkəsi Fələstini BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında rəsmən tanıyacaq.

Seçilən
6
publika.az

1Mənbələr