AZ

İsrailli ziyalılardan dünyaya çağırış: “Netanyahuya sanksiyalar tətbiq edin”

Yazını böyüt
Yazını kiçilt

İsrail sənətçiləri, siyasətçiləri və alimləri Qəzzada baş verən aclığa görə dünyanı Təl-Əviv hökumətinə qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıblar.

Hafta.az-ın yazdığına görə, 31 nəfərin imzaladığı və “The Guardian”a göndərilən ortaq məktubda İsrailin Qəzza xalqını aclıqdan öldürdüyü və milyonlarla fələstinlini öz torpaqlarından zorla çıxarmağa çalışdığı vurğulanıb.

Təl-Əviv hökumətinə qarşı sanksiyaların tətbiqini tələb edən məktubu imzalayanlar arasında Oskar mükafatı almış “Başqa torpaq yoxdur” sənədli filminin rejissorlarından Yuval Abraham, həmçinin İsrailin keçmiş baş prokuroru Maykl Benyair və İsrail parlamentinin keçmiş sədri Avraham Burq da var.

Məktubunu imzalayan dövlətlər beynəlxalq ictimaiyyətə müraciət ediblər: "Ölkəmizə və fələstinli qonşularımıza dinc gələcək istəyən biz israillilər, bu məktubu böyük utanc, qəzəb və iztirabla yazırıq. Ölkəmiz Qəzza əhalisini aclıqdan öldürür və milyonlarla fələstinlini Qəzza zolağından zorla çıxarmağı planlaşdırır. Beynəlxalq ictimaiyyət bu kampaniyanı dayandırana qədər İsrailə qarşı sərt sanksiyalar tətbiq etməlidir”.

Seçilən
1
hafta.az

1Mənbələr