Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya məxsus aktivlərin müsadirə edilməsinə çağırıb.
APA xəbər verir ki, Ukrayna Prezidenti aktivlərin dondurulmasının kifayət etmədiyini bildirib.
“Biz Rusiyanın müharibə maşınının qarşısını tamamilə almalıyıq. Korrupsiya ilə oğurlanmış pullar da daxil olmaqla, Rusiyanın dondurulmuş hər bir aktivini Rusiyanın aqressiyasından qorunmaq üçün istifadə etməliyik. Bu maliyyə mənbələrini dondurmaq yox, müsadirə etməyin vaxtı çatıb. Onlar sülh üçün xərclənməlidir, müharibə üçün yox”, - Ukrayna lideri vurğulayıb.