AZ

Yurd həsrətli şəhidimiz Elşən Süleymanov -Səməd Vəkilov yazır

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzinin “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı layihə çərçivəsində araşdırmalarımız doğma yurdlarından çıxarılmış ailələrin qəribə taleləri ilə  rastlaşırıq. Belə talelərdən biri də şəhid Elşən Süleymanovun taleyidir.

“İki sahil” xəbər verir ki, Süleymanov Elşən Ziyəddin oğlu 7 fevral 1973-cü ildə Salyan rayonu Yolüstü kəndində anadan olmuşdur. 1980/1988-ci illərdə  Yolüstü kənd tam orta məktəbində təhsil almış həmin ili (1988-ci ildə) Salyan rayonu 104 nömrəli Peşə məktəbinə Mexanik ixtisası  üzrə təhsilini davam etdirmiş , 21 iyun 1991-ci ildə təhsil müəssisəsindən  mexaniklik üzrə diplomunu almışdır. 1992-ci ildə Salyan RHK-dan Bakı şəhərinə hərbi xidmətə yollanmış, xidmətin  bitirməsinə 3 ay qalmış könüllü olaraq cəbhəyə yollanmışdır. 7 avqust 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə  itkin düşmüşdür. İtkin düşdükdən  5 il sonra şəhidlik statusu almışdır.Bu şəhidimizin nisgilli taleyi haqqında qısa rəsmi məlumatlardır. Şəhid Elşən Süleymanovun doğulub böyüdüyü ailənin taleyinə baxdıqda isə kədər və qürurun bir yerdə ifadə olunduğu hissləri yaşamalı olursan.

Atası Süleymanov Ziyəddin Abdulla oğlu 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində dünyaya gəlib. Anası  Süleymanova Hava Cabbar qızı 1946-cı ildə Dərələyəz mahalının Cul kəndində dünyaya gəlib.Hər ikisi ailəsi ilə birlikdə türk düşməni İ.Stalinin qərarı ilə 1950-ci ildə öz doğma yurdlarından  deportasiya edilərək əvvəlcə Əli Bayramlıya oradan isə Salyan rayonuna köçməli olublar. 1968-ci ildə onlar ailə quraraq talelərini birləşdiriblər. Bu izdivacdan onların  4 qızları Cəvahir, Gülşən, Gülsarə, Gülüm adında qızları, Elşən və Rövşən adlı oğlanları olub. Daimi yurd həsrəti ilə yaşayan süleymanovlar ailəsində böyüyən Elşənin vətənpərvər ruhda böyüməsi təbii idi. O könüllü olaraq vətəni müdafiə etməyə getdi və bir ailənin oğlu olmaqdan xalqın oğluna çevrildi. Məhz belə övladları hesabına  vətənəmiz qalibbiyəti yaşaya bildi. Şəhidlər ölməz vətən bölünməz! Ruhun şad olsun şəhidim!

Seçilən
5
2
ikisahil.az

3Mənbələr