AZ

Tərcümə ixtisasını seçənlərin diqqətinə - Bu dillər artıq perspektivli DEYİL

Ali təhsil müəssisələrinə ixtisas seçimi dövründə abituriyentlərin ən çox müraciət etdiyi istiqamətlərdən biri də tərcümə sahəsidir. Lakin bu sahədə dil seçimi gələcək peşə imkanlarına birbaşa təsir edir.

AzEdu.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyevin (Əfəndi) fikrincə, hazırda tərcümə ixtisasını seçən abituriyentlər üçün ingilis dili əvvəlki illərlə müqayisədə əmək bazarında daha az perspektivlidir.

Müasir texnologiyalar, xüsusilə tərcümə sistemləri artıq ingilis və rus dillərini böyük ölçüdə əvəz edə bilir

“Tərcümə ixtisasını seçənlərə ingilis dilini tövsiyə etmirəm. Çünki yeni texnologiyalar bu sahədə artıq kifayət qədər irəliləyib. Hazırda əmək bazarında ingilis və rus dilindən daha çox ispan, koreya, çin yapon dilləri perspektivlidir".

Bu dillər üzrə tərcümə ixtisasını seçən şəxslər həm əmək bazarında daha çox iş imkanı əldə edə, həm də dil biliyinə əsaslanaraq müvafiq ölkələrdə təhsillərini rahat şəkildə davam etdirə bilərlər

“İngilis və rus dili ilə yanaşı, fransız dili də bu sıraya daxildir. Bu dillər üzrə tərcüməçilik gələcəkdə əmək bazarında o qədər də perspektivli olmayacaq".

Seçilən
29
azedu.az

1Mənbələr