Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə yayımladığı videomüraciətində, ABŞ ilə silah tədarükü sahəsində əsas prinsiplər üzrə razılığa gəldiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Ukrayna ordusuna daha çox gənc cəlb etmək və silah almaq üçün danışıqların davam etdiyini bildirib.
Zelenski, ABŞ prezidenti Donald Trampla bu barədə müzakirələr apardıqlarını və razılaşmaların ölkə və müttəfiqlər üçün faydalı olacağını vurğulayıb.